Qızın qarnından iki kiloqram saç çıxardılar

07:20 20-05-2020 341

Səudiyyə Ərəbistanında həkimlər bir qızın qarnından iki kiloqram saç çıxarıblar.

“Okaz” qəzeti xəbər verir ki, 20 yaşlı qız bir neçə il ərzində güclü ağrılar hiss edib.

Tibbi müayinədə onun qarnında yad cisim aşkar edilib.

Həkimlər təcili olaraq əməliyyat keçirmək qərarına gəliblər. Onlar xəstənin mədəsindən iki kiloqram ağırlığında saç topası çıxarıblar.