Maskası olmadığı üçün mağaza mühafizəçisi tərəfindən döyüldü - VİDEO

08:20 20-05-2020 381

Maskası olmayan müştəri mağazanın mühafizəçisi tərəfindən döyülüb.

“Mash” Telegram kanalının məlumatına görə, hadisə Rusiyada baş verib.

Məlum olub ki, mağazaya alış-veriş üçün gələn gəncin maskası olmayıb. Mühafizəçi bununla bağlı ona irad bildirib. Bundan sonra onlar arasında mübahisə başlayıb.

Davanın nə ilə nəticələndiyi isə hadisənin şahidi tərəfindən çəkilən kadrlardan görünür.