Uzun illər sonra Astarada üç yaşayış məntəqəsinə elektrik enerjisi verildi - VİDEO

20:20 20-05-2020 503

Astara rayonunun üç yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub.

HerGun.Az xəbər verir ki, bu barədə “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.

O bildirib ki, adıçəkilən kəndlərdə işlər tam yekunlaşdırılıb:

“Cənab Prezident İlham Əliyev Astara rayonunun üç yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər üç kənddə müasir elektrik enerji sistemi qurulub”.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materialın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb.