“Pişik” Günelin plastik əməliyyat etdirərkən görüntüləri yayıldı - VİDEO

00:20 21-05-2020 618

“Pişik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova plastik əməliyyat etdirib.

HerGun.Az xəbər verir ki, karantində aldığı çəkilərdən birdəfəlik azad olmaq üçün sənətçi bıçaq altına uzanıb.

Bədən şəkilləndirici liposaksiya əməliyyatı keçirən Günel buxaq nahiyyəsinidə artıq piyləri çıxarıb. G.Ələkbərova bir gündən sonra evə buraxılıb. Sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, ötən həftə HerGun.Az-ın əməkdaşı ilə söhbətində Günel Ələkbərova plastik əməliyyat keçirəcəyinin anonsunu vermişdi.

“Karantində evdə oturub yemək bişirib, yedim və kökəldim. Artıq çəkidən birdəfəlik canımı qutarmaq üçün qərara gəldim ki, əməliyyat etdirim. Bədən şəkilləndirici əməliyyat keçirmək istəyirəm”.

Rəşad Əliyev