Qızı girov götürüb kassanı soydu - VİDEO

04:00 21-05-2020 467

Rusiyanın Moskva vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı hücum təşkil etmiş kişi həbs edilib.

REN TV xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Cinayəti həyata keçirən şəxs satıcını girov götürərək, kassadakı pulları ələ keçirib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş idarəsinin Mətbuat xidmətindən verilən məlumata əsasən, hadisəni törədən şəxsin əvvəllər yanacaqdoldurma məntəqəsində işlədiyi, oxşar cinayət əməllərinə görə dəfələrlə məhkum edildiyi məlum olub.