Ronaldu Portuqaliyada səkkiz milyon avroya torpaq sahəsi aldı

05:20 21-05-2020 405

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu Portuqaliyanın paytaxtı Lissabonda torpaq sahəsi alıb.

Sports.ru xəbər verir ki, 35 yaşlı portuqaliyalı on min kvadratmetr torpaq sahəsi üçün səkkiz milyon avro xərcləyib.

Məlumatda qeyd olunur ki, artıq ərazidə yeni malikanənin inşasına başlanıb. Lakin futbolçu Lissabondakı iqamətgahını yaşamaq üçün deyil, sərmayə yatırmaq məqsədi ilə tikdirir.