Qusarda zirvə yürüşündə bir nəfər dağdan yıxılıb öldü

18:09 16-07-2019 684

Şahdağ zirvəsinə yürüş edən dağçılardan biri ölüb.

HerGun.Az xəbər verir ki, Qusar rayonu, Ləzə kəndi istiqamətindən Şahdağ zirvəsinə (4243 m) yürüş edən qrupun tərkibində bir nəfər qeyri-müəyyən ərazidə hündürlükdən sürüşərək yıxılıb.

Həmin şəxsin həlak olduğu bildirilir.

Yürüşün hansı qrup tərəfindən təşkil edildiyi, ölən şəxsin kimliyi araşdırılır.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti “Everest” İdman Klubuna müraciət edib və klubumuz tərəfindən xilasetmə qrupu əraziyə göndərilib.