Olmayan sərvəti ilə öyünən repçi işgəncə ilə öldürüldü - FOTO

14:40 22-05-2020 389

“Mota Jr” kimi tanınan portuqaliyalı repçi David Motanın meşədə meyiti tapılıb.

Bu barədə “The Sun” xəbər yayıb.

O, iki ay öncə evinin qarşısından iki nəfər tərəfindən qaçırılıb.

Bildirilir ki, 28 yaşlı musiqiçi sosial şəbəkələrdə mütəmadi olaraq olmayan sərvəti ilə öyünüb.

Polisin ehtimalına görə, canilər onun paylaşdığı fotolara inanaraq, repçini oğurlayıb və qiymətli əşyalarını harada gizlətdiyini öyrənmək üçün işgəncə veriblər.

Onun cəsədi evinin 50 kilometrliyində tapılıb.