Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı - FOTO

09:00 23-05-2020 510

Çində fəhlənin başına 20 santimetr uzunluğunda dəmir alət düşüb.

Sondakika.com xəbər verir ki, uzunluğu 20 sm, eni 1 sm olan alət 52 yaşlı Çenin kəllə sümüyünü sındıraraq baş beyninə girib.

Üç saatlıq əməliyyatdan sonra dəmir alət kişinin kəllə qutusundan çıxarılıb. Açıq əməliyyatdan sonra reanimasiyaya yerləşdirilən Çen 42 saat komada qalıb.

O, sonradan özünə gələrək sadə cümlələr quraraq danışmağa müvəffəq olub.