Anası zorakılıq qurbanı olan uşağı sığınacağa qəbul etmişik - AÇIQLAMA

12:40 23-05-2020 479

“Sığınacağa yeni uşaq qəbul etmişik. Anası zorakılıq qurbanıdır”.

Bunu HerGun.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, bir neçə gün öncə sığınacağa yeni müraciət daxil olub:

“Müraciət ərazi üzrə İcra Hakimiyyəti tərəfindən edilib. Zorakılıq qurbanı olan daha bir ana övladının küçədə qalmaması üçün onun sığınacağa yerləşdirilməsini istəyib.

Hazırda uşaq sığınacaqdadır. Qızın doqquz yaşı var. Ağıllı, bacarıqlı uşaqdır. Biz uşağa gün ərzində nəzarət edəcəyik. Onun dərslərinə davam etməsi, qidalanması və digər məsələləri həll etməyə çalışırıq. Anası yeni işə düzəlib. Uşağa baxacaq heç kim olmadığı üçün onu sığınacağa qəbul etmişik”.

Könül Cəfərli