Bərdə sakini əməliyyatdan çıxandan sonra palatada öldü

20:27 16-07-2019 1160

Bərdə rayonunda əməliyyat olunan kişi palatada ölüb.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Diaqnostika mərkəzində baş verib.

Bərdə rayonunun Qazqurdalı kənd sakini Surxay Mirzəyev əməliyyat olunub. Palataya köçürülən kişinin qəfildən vəziyyəti pisləşib.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.