Anar Ağakişiyevdən etiraf: “Plastik əməliyyat etdirmişəm” - VİDEO

10:40 24-05-2020 564

“Həm Türkiyədən, həm də Parisdən iş təklifləri almışam. Hər ikisi üzərində düşünürəm”.

HerGun.Az xəbər verir ki, bu sözləri dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyev ATV telekanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.

Dünyanın dörd bir tərəfində vizajla bağlı master klasslar keçirən A.Ağakişiyev hər yeri cənginə alan koronavirus pandemiyasına görə planlarının alt-üst olduğunu bildirib: “Planımı elə qurmuşdum ki, il yarım Türkiyədə olacaqdım. Amma hələ ki bu istəyim karantinə görə təxirə düşdü”.

Şou proqramın aparıcısı Mətanət Əliverdiyevanın “Anarın saçı, dərisi çox gözəldir. 100 faiz bilirəm ki, yata-yata üzünə müxtəlif qidalandırıcı maskalar edir” şərhinə məşhur makiyaj ustası belə cavab verib: “Qətiyyən elə şeylər etmirəm. Əlim belə çatmır. İldə bir dəfə xaricə, kurort istirahət zonalarından birinə gedirəm. Orada 20 gün qalıb, müxtəlif baxım prosedurları etdirirəm. Üzümdə yüngül plastik əməliyyat keçirmişəm. Türkiyədə “Bişektomiya” adlı əməliyyat etdirmişəm. Üzüm piylənməyə çox meyillidir. Baxmayaraq ki, 35 yaşım var, üzüm sallanmağa başlamışdı. Üzümə heç bir iynəli prosedurlar etdirməmişəm. Plastik cərrah məsləhət etdi ki, bu əməliyyatı icra etsək, üz forman dəyişəcək və yuxarı dartılma effekti verecək. Narkozsuz, 40 dəqiqəlik əməliyyatdır. Yuxarı yanaq hissələrimi çərtdilər içindən piyləri çıxartdılar. Ağrısız əməliyyat idi”.

Rəşad Əliyev