Gürcüstanın ən məşhur idmançılarından biri saxlanıldı - FOTO

13:40 24-05-2020 384

Gürcüstanın ən məşhur idmançılarından biri olan Nikoloz Basilaşvili saxlanılıb.

“Sportall.ge” xəbər verir ki, tanınmış tennisçi keçmiş həyat yoldaşına qarşı fizki güc tətbiq etməkdə ittiham olunur.

N.Basilaşvili mayın 22-də saxlanılıb.

Yayılan məlumatlara əsasən, N.Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər. İdmançının azyaşlı uşağı hadisənin şahidi olub.

Müstəntiq onun həbs olunmasını tələb edib.

Hazırda Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır.