Məzahir Pənahov və müavininin maaşı artırıldı
20:09 18-06-2019 707
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2007-ci il 22 yanvar tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilir:
“Sədr – 3060 manat;
Sədrin müavini – 2845 manat;
Katib – 2110 manat;
Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.