Gəncəyə köçən Əməkdar artist yenidən kökəldi - VİDEO

00:20 25-05-2020 606

“Karantində 10 kilo kökəlmişəm. Amma bu mənim üçün problem deyil. 55 kilo çəki atan insan (red: özü) üçün 10 kilo kökəlmək heç bir şeydir”.

HerGun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov “ATV Maqazin 10larla” proqramında deyib. Karantin dövründə kökələn sənətçi bu halından heç bir narahatlıq keçirmədiyini bildirib:

“Karantin dövründə arıqlamaq istəmədim. Koronavirus səbəbi ilə immunitet güclü olsun deyə, yaxşı qidalandım. Amma bu o demək deyil ki, çox kökəlməlisən ki, xəstələnməyəsən. Sağlamam!

Geyindiyim paltarlarımın hamısını dərziyə verib, ölçülərini kiçiltmişəm. Belə bir addım atmağıma səbəb isə o oldu ki, birdən ağlıma fikir gələr, bir az kökəlim və həmin paltarı yenidən geyinim. Geyimlərimin ölçülərini kiçiltməklə kökəlmək şansını özümdən uzaqlaşdırdım”.

Əməkdar artist paytaxt Bakıdan bir neçə aydır ki Gəncəyə köçdüyünü dilə gətirib:

“Gəncəyə çoxdan köçmüşəm. Yollarımız çox yaxşıdır. Hazırda sürət qatarı fəaliyyətini müvvəqəti olaraq dayandırıb. Lakin həmin növ ictimai nəqliyyatdan tez-tez istifadə edirdim. Avtomobil ilə Gəncədən Bakıya üç-dörd saatlıq yoldur. Elə eyni vaxtda da sürət qatarı Gəncədən Bakıya çatır”.

A.Bağırov oğlunun balaca olmasına rəğmən, çox ağıllı olduğunu və hərəkətləri ilə onu təəcübləndirdiyini söyləyib:

“Bir də baxıb görürsən ki, balaca uşaq elə hərəkətlər edir ki, təəccübdən donub qalırsan. Yuxudan oyananda evdə geyindiyim ayaqqabılarımı əlinə alıb mənə verir. “Aba-aba” deyə mənə müraciət edir. Qışqırıb, məni yuxudan oyadır. Oğlumu gələcəkdə idmançı görmək istəyirəm. Ətrafımda dostlarımın əksəriyyəti də idmançılardır. Mənə elə gəlir ki, gələcəkdə oğlum idman sahəsinə yiyələnəcək”.

Qeyd edək ki, Abbas Bağırov 2017-ci ildə ikinci dəfə ailə qurub. O, iki övlad atasıdır. A.Bağırovun ilk evliliyindən bir qızı var.

Rəşad Əliyev