Növbəti “Dərs vaxtı”nın cədvəli açıqlandı - FOTO

15:00 25-05-2020 319

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 26-na nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yayımına start verilib.

Proqram çərçivəsində həftənin beş günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.