Bərdədə iki qadını maşın vurdu

00:09 17-07-2019 445

Bərdə rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən rayon sakinləri 1950-cil il təvəllüdlü Xəyalə Yaşar qızı Muxtarova və 1958-ci il təvəllüdlü Zemfira Yaqub qızı Həşimovanı vurub.

Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Travmatologiya şöbəsində olan yaralıların vəziyyətini həkimlər orta ağır qiymətləndirir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.