Bakıda avtomobil motosikletlə toqquşdu, ölən var

00:40 26-05-2020 367

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə “Gənclik” metrostansiyasına gedən yolda, yeralı tuneldə baş verib.

Belə ki, Ülvi adlı gəncin idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Nəticədə motosikletin sürücüsü hadisə yerindəcə keçinib.