Şəmkirdə VAZ ağaca çırpıldı: bir ölü, bir yaralı

00:27 17-07-2019 468

Gecə saatlarında Şəmkirdə ağır yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Rəşad Sadıqovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb.

Həmin vaxt maşında olan Çaparlı kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Kazım Vəfadar oğlu isə hadisə nəticəsində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.

Nazir Quliyev