Xorvatiya epidemiyadan sonra ilk turistləri qəbul etdi

08:20 26-05-2020 519

Xorvatiya Çexiyadan gəlmiş ilk turistlərin qəbuluna başlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“2019-cu ildə Xorvatiyada Çexiyanın 750 000 vətəndaşı istirahət edib. Bir il əvvəl isə bu rəqəm 810 000 olub. Çexiya hökuməti Tur Operatorları Assosiasiyasının güclü təzyiqi ilə hər iki ölkədə COVID-19 pandemiyası başa çatdıqdan sonra turizm mövsümünün açılması üçün danışıqlara başlayıb”, - deyə Çexiya Tur Operatorları Assosiasiyasının sədr müavini Yan Papej bildirib.

Çexiyadan ilk turistlər maşınları ilə Avstriya və Sloveniya sərhədində, demək olar ki, yubanmadan Xorvatiyaya gəliblər.