De Liqt artıq Turindədir – “Yuventus” rekord transferi gərcəkləşdirdi - VİDEO

06:18 17-07-2019 586

“Ayaks” klubunun müdafiəçisi Mateys de Liqt Turinə gəlib.

Bu barədə “Yuventus”un rəsmi “Twitter” səhifəsi yazıb.

Yaxın müddətdə futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, niderlandlı futbolçu Turin klubu ilə beşillik müqavilə imzalayacaq.

De Liqt “Yuventus”un tarixində ən bahalı müdafiəçi oldu: keçid 75 milyon avroya razılaşdırılıb. O, həmçinin, İtaliya A Seriyasının ən yüksəködənişli (ilinə 12 milyon avro) müdafiəçisi olacaq.