Binədə əri tərəfindən döyülən qadın xəstəxanaya düşdü

06:54 17-07-2019 462

Xəzər rayonunda ər həyat yoldaşını döyüb.

HerGun.Az xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Ailə münaqişəsi zəmnində ər həyat yoldaşı 1978-ci il təvəllüdlü Həşimova Elnarə Namiq qızını döyüb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu