Bərdədə nənə ilə nəvəni maşın vurdu - Ölən var + FOTO

12:00 28-05-2020 503

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində olub.

Kənd sakini, 1943-cü il təvəllüdlü Bağırova Həqiqət Qüdrət qızı nəvəsi - 2007-ci il təvəllüdlü Bağırova Məleykə Rövşən qızı ilə yolu keçmək istəyərkən, Vəliyev Sərhəd Vəli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə onları vurub.

Ağır xəsarətlər alan qadın rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.