Susuzluqdan dodaqları çatlayan kəndlilər: Şəkidə su problemi - VİDEO

14:00 28-05-2020 379

Yay gələn kimi Şəkidə insanların içməli su problemi bitib-tükənmək bilmir.

Lakin bu kənddə artıq su problemi elə bir həddə çatıb ki, insanlara, onların təsərrüfatlarına ziyan vurmağa başlayıb. Söhbət Şəkinin Qoxmuq kəndindən gedir.

Susuzluq kənd sakinlərinin təsərrüfat fəaliyyətini pozub. Min əziyyətlə əkib-becərilən bitkilər bu səbəbdən quruyur.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.