Məhv olmaq təhlükəsi ilə üzləşən 200 yaşlı bina - VİDEO

14:40 28-05-2020 444

Salyanda yaşı 200-dən yuxarı olan bina var. 

Baku.Tv xəbər verir ki, bina dam örtüyü istisna olmaqla necə tikilibsə, elə də qalıb.

Yaşlı sakinlərin dediyinə görə, Salyanda bir əsrdən çox yaşı olan binalar qalsa da, 200 ildən çox yaşı olan belə nadir bina yoxdur. Bu qədim ev rayonun Babazənan yaşayış massivində, Kür çayının yaxınlığında tikilib. Vaxtilə bu yaşayış binasını salyanlı bəylərdən biri tikdirib. Sövet hakimiyyəti qurulana kimi evdə yaşayış olub.

Binanın hündürlüyü 3,5 metr, qırmızı kərpicdən hörülmüş divarın qalınlığı isə bir metrdir.

Yaşayış evindən ötən əsrin 90-cı illərinə kimi idarə, müəssisə və məktəb kimi istifadə edilib. O vaxtdan indiyə kimi sahibsiz qaldığından, binanı dağılmamaq üçün yerli sakinlər qoruyub. 

Sakinlər deyirlər ki, gələcək nəsillərin keçmişimizi bilməsi baxımından belə binaların qorunması olduqca vacibdir. Əgər bu bina dövlət tərəfindən qorunub saxlanılmazsa, gələcəkdə məhv olub gedəcək.