Bakıda narkotik satan qrup zərərsizləşdirildi

18:00 28-05-2020 422

Bakıda narkotik dövriyyəsi ilə məşğul olan qrup saxlanılıb.

HerGun.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Axtarış nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər - Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü M.Şıxəliyev, 1980-ci il təvəllüdlü K.Ağayev, 1992-ci il təvəllüdlü R.İbadov və 1979-cu il təvəllüdlü N.Vəliyev müəyyən olunaraq saxlanılıb. 

Onlardan M.Şıxəliyevin üzərindən 0,276, K.Ağayevdən 0,514, R.İbadovdan 3,754, N.Vəliyevdən isə 30,028 qram heroin və 38,882 qram metanfetamin aşkar olunaraq götürülüb. 

Araşdırma zamanı K.Ağayev və N.Vəliyevin daha əvvəl Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə, R.İbadovun isə Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə məhkum olunduqları müəyyənləşib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Könül Cəfərli