Azərbaycanda daha 125 nəfər koronavirusdan sağaldı

19:40 28-05-2020 316

Azərbaycanda bu gün 125 nəfər koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bu barədə deyilir.

Ümumilikdə ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb.

İndiyə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.