TASS Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirib - VİDEO

22:20 28-05-2020 481

Bu gün TASS-da Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuş video formatında mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Azərbaycan Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Dövlət Dumasının Beynəlxalq İşlər üzrə Komitəsinin sədri Leonid Slutski, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiya Dövlət Humanitar Elmlər Universitetinin prezidenti, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti, REA-nın müxbir üzvü Efim Pivəvar iştirak edib.

Mətbuat konfransının moderatoru TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman idi.