Mənzurə Musayeva: “Söhbət edə-edə plastik əməliyyat etdirdim” - VİDEO

12:40 29-05-2020 569

“Plastik əməliyyatın nəyi pisdir ki? Görünüşündə nəsə xoşuna gəlmir, onu düzəltdirirsən. Gözaltı torbalardan birdəfəlik xilas olmaq üçün bıçaq altına uzandım. Həkim narkoz vermədən, iynə vurub, söhbət edə-edə artıq ətləri kəsib, götürdü”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olarkən deyib.

Sənətçi blefaroplastika əməliyyatının cəmi 20 dəqiqəyə icra olunduğu bildirib:

“Əməliyyat cəmi 20 dəqiqə çəkdi. Narkozsuz əməliyyat etdirdiyimə görə, çox sevindim. Səkkiz dəfə xəstəliyimlə, dörd dəfə gözəlliyimlə bağlı narkozla cərrahi əməliyyat keçirmişəm. Mən yazıq, gör, nə qədər narkoz almışam. Bu səbəbdən həkimdən xahiş etdim ki, əməliyyatı narkozsuz etsin”.

Proqramın aparıcısı şairə Nazilə Səfərlinin “Sumqayıtda açdığın gözəllik salonu işləyir?” sualına M.Musayeva belə cavab verib:

“Salon işləyir. Amma açıldığı 20 gündən sonra ölkədə tətbiq edilən karantin rejiminə görə, bağladım. Mənim ayağım Sumqayıta yox, dünyaya düşmədi (gülür)”.

Rəşad Əliyev