Bakıda kişini dostu kürəyindən bıçaqladı

02:20 30-05-2020 609

Bu gecə Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.

1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.