İranda mikroavtobus dərəyə yuvarlandı: 13 ölü

10:36 17-07-2019 1137

İranın İsfahan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə İRNA məlumat yayıb.

Vilayətin valisi Mansur Kamali bildirib ki, mikroavtobusun dərəyə yuvarlandığı qəza  nəticəsində 13 nəfər həyatını itirib, doqquz nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım xidməti və helikopterlər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. 

Qəzanın baş verdiyi Xansar İsfahan vilayətinin mərkəzindən 160 km məsafədə yerləşir.