“Google” insanlara sosial məsafəni tənzimləməyə yardım edəcək - VİDEO

17:00 30-05-2020 404

“Google” artırılmış reallıq texnologiyasından istifadə edən mobil tətbiq hazırlayıb. Müəlliflərin fikrincə, bu yenilik insanlara sosial məsafəni qorumağa kömək edəcək.

Bu barədə “The Sun” xəbər verir.

“Sodar” adlı tətbiqdə istifadəçilər öz ətraflarında virtual dairə çəkə biləcək. “Şəxsi dairənin sərhədi” pozulacağı təqdirdə proqram xəbərdarlıq siqnalı verəcək.

Tərtibatçılar qeyd edirlər ki, bu vizuallaşdırma sosial məsafəyə riayət etməyi asanlaşdıracaq.