Yevlaxda ağır yol qəzası baş verdi: yaralananlar var

14:40 31-05-2020 326

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və VAZ markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.