Gürcüstan parlamentinin I vitse-spikerindən “Keşikçidağ”la bağlı mühüm bəyanat

20:09 15-06-2019 643

Hər iki tərəf “Keşikçidağ”ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.

APA xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili deyib. 

O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq.

“Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu, çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir”, - deyə T. Çuqoşvili vurğulayıb.