Roma Papası müraciət etdi: “İnsanlar maddiyyatdan daha önəmlidir”

17:40 31-05-2020 309

Uzun müddətdən sonra Roma Papası Fransisk Apostol Sarayının pəncərəsindən möminlərə müraciət edib.

“RİA Novosti” xəbər verir ki, Papa bazar günü ibadətində Vatikandakı Apostol Sarayının pəncərəsindən dindarlara ənənəvi xütbə ilə müraciət edib.

Pandemiyaya görə üç aylıq fasilədən sonra Papa dindarlara müraciət edib: “Əziz qardaşlar və bacılar! Günaydın! Bu gün meydan yenidən açıldı. Biz yenə qayıda bildik. Bu, səadətdir”.

O, bütün dünyada tibbi yardıma ehtiyacı olan insanlar üçün dua edib: “İnsanları müalicə etmək lazımdır, pula qənaət etməməliyik. İnsanlar maddiyyatdan daha önəmlidir”.