İspaniyada dərslərin keçirilməsi ilə bağlı maraqlı təklif

01:20 01-06-2020 322

İspaniyada yeni tədris ilində bəzi dərslərin təbiət qoynunda keçirilməsi təklif edilib.

“Mundo” xəbər verir ki, bununla bağlı yay tətili düşərgələrinin təcrübəsindən faydalanmaq tövsiyə edilir.

Mütəxəssislərin fikrincə, səhiyyə sektorundakı vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Artıq tələbələrin bir hissəsini distant təhsilə köçürməklə siniflərdəki tələbələrin sayını azaltmaqla alternativ həllərə baxıla bilər.

Şagirdlərin yarısı otaqda, digərləri təbiətdə olaraq dərslər keçilə və sonra qrupları dəyişdirmək olar.