Bakıda 44 yaşlı kişini bıçaqladılar

02:00 01-06-2020 506

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu NZS qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Əhmədov Natiq Nuşirəvan oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.