12 metrlik nəhəng balinanın ölüsü sahilə çıxdı - FOTO

03:20 01-06-2020 362

İngiltərənin Esseks bölgəsində 12 metr uzunluğunda balina sahilə çıxıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Sahildə gəzən Kirst Fordhem və Mark Fordhem cütlüyü balinanı sahildə görərək əlaqədar qurumlara məlumat verib.

Balinanı bu şəkildə sahildə görməyin onu göz yaşlarına boğduğunu qeyd edən K.Fordhem bildirib: “Balina kürəyi üstə dururdu və əminliklə deyə bilərəm ki, sahilə çıxmadan əvvəl ölmüşdü”.