Yardım istədilər, əvəzində uşaqlarından məhrum oldular - VİDEO

05:20 01-06-2020 423

Rusiyanın Orenburq vilayətindən olan çoxuşaqlı ailə hökumətdən mənzil üçün kömək istəyib, əvəzində isə uşaqları əllərindən alınıb.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, ailə bu yaxınlarda yeni mənzilə köçüb. Lakin bina qəzalı olduğundan, onlar hökumətə normal şəraitli ev üçün müraciət ediblər.

Reaksiya dərhal veriliib və onların uşaqları əllərindən alınıb.

Məlumata görə, uşaqların ən böyüyünün altı yaşı var.

Bununla bağlı kadrlar yayıldıqdan sonra, qurum əməkdaşlarının bu fəaliyyəti ilə bağlı artıq istintaqa başlanılıb.

Hələ ki, uşaqlar xəstəxanaya yerləşdirilib.