Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI

10:00 01-06-2020 557

Bərdə rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Hüquq-mühafizə orqanlarından HerGun.Az-a verilən məlumata görə, hadisə gecə 03:00 radələrində baş verib.

Toğrul Zeynallı qısqanclıq zəminində anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib.

Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan HerGun.Az-a bildirilib ki, hazırda rayon prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

İlhamə Əbülfət