Bakıda itkin düşən bacılar bulvarda tapıldı

12:54 17-07-2019 500

İyulun 9-da Bakıda itkin düşən 15 və 17 yaşlı bacılar tapılıb. 

Bu barədə HerGun.Az-a Binəqədi rayon hüquq-mühafizə orqanlarından bildirilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Aminə Samir qızı Əsgərova və 2004-cü il təvəllüdlü Elina Pənah qızı Pənahova Dənizkənarı Bulvar ərazisində tapılaraq analarına təhvil verilib. 

Polisdən verilən məlumata görə, qızların evdən çıxmasında ailədaxili münasibətlərdəki problemlər səbəb olub. 

Qeyd edək ki, qızların anası Oksana Vasilyevna Xolbina bacıların itkin düşməsindən beş gün sonra, iyulun 14-də polisə müraciət etmişdi. 

Ramella İbrahimxəlilova