Hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb

06:40 02-06-2020 398

Rusiyanın Sankt-Peterburq şəhərində hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıblar.

REN TV Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahına istinadən xəbər verir ki, hakerlər qrupu hazırladığı xüsusi proqram vasitəsilə şəhərin müxtəlif yanacaqdoldurma məntəqələrindən 2 milyon rubl dəyərində (47 min manat) benzin oğurlayıblar.

Hadisəni törətməkdə şübhəli bilinən 31 və 40 yaşlarında iki kişi saxlanılıb.

Araşdırma nəticəsində məlum olub ki, hakerlər avtomobillərinə benzin vurduqdan sonra bank kartı ilə ödədikləri pulu dərhal öz hesablarına geri qaytarıblar.

Saxlanılanlar barəsində cinayət işi açılıb, istintaq davam etdirilir.