Xalq artistinə ağır itki üz verib - FOTO

09:00 02-06-2020 458

Xalq artisti Könül Xasıyevaya ağır itki üz verib.

HerGun.Az xəbər verir ki, sənətçinin anası vəfat edib.

Bu barədə xanəndə sosial media hesabındakı paylaşımında bildirib.

“Nurlar içində yat, canım anam. Allah cənnətdəki yerini peyğəmbər əfəndimizə qonşu eləsin”, - deyə K.Xasıyeva yazıb.

Qeyd edək ki, K.Xasıyevanın anası uzun zaman idi ki, yaddaşını itirmişdi.

Rəşad Əliyev