Neftin qiyməti 39 dolları keçdi

13:00 02-06-2020 483

Londonun ICE birjasında “Brent” markalı neftin 2020-ci il avqust fyuçersləri əvvəlki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə 1,8 faiz artaraq, bir barel üçün 39,02 dollara çatıb.

Bu barədə TASS birjanın Bakı vaxtı ilə 12:25-ə olan göstəricisi əsasında məlumat yayıb.

Sonuncu dəfə bu növ neftin qiyməti cari ilin martın 11-də bir barel üçün 39 dollardan yüksək olub.

WTI markalı neftin qiyməti isə 1,3 faiz artaraq, bir barel üçün 36,27 dollar təşkil edib.