Məşhur onlayn xəritə platformasında Azərbaycan rayonlarının adları niyə erməni dilində yazılıb? - VİDEO

00:00 03-06-2020 412

Dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps”də işğal altında olan rayonlarımızın adları Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilir.

Xarici işlər nazirliyi bununla bağlı dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər gondərib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb.

Baku TV xəbər verir ki, nazirliyin sözçüsü Leyla Abdullayevanın sözlərinə görə, hətta bir neçə il əvvəl həmin ərazilərin adları yalnız erməni dilində təqdim olunub. Yalnız rəsmi Bakının müraciət və xəbərdarlıqlarından sonra rayonlarımızın adları Azərbaycanda dilində də qeyd olunub.

“Google maps” proqramında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinin adlarının Azərbaycan dili ilə yanaşı erməni dilində göstərilməsi ilə əlaqədar tərəfimizdən diplomatik kanallar vasitəsilə şirkət qarşısında məsələ qaldırılıb. Şirkətdən daxil olmuş cavabda proqramın fərdi yanaşma, fərdi yaradıcılıq prinsipi əsasında fəaliyyət göstərdiyi bildirilib, yəni nə qədər çox insan bu bölgəni ziyarət edib bununla bağlı məlumat verirsə, o çoxluq, o məlumat nəzərə alınır”, - deyə Leyla Abdullayeva bildirib.

Məlum olduğu kimi, hazırda Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində yaşayan 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb və öz evlərində yaşamaq hüququndan məhrum olunublar. Hazırda müvəqqəti işğal olunmuş ərazilərimizdə erməni icmasının nümayəndələri yaşayırlar.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, “Google” şirkəti üçün də bu sirr deyil. Sadəcə ermənipərəst lobbi qrupları məsələni bilərəkdən gündəmdə saxlayır və hansısa maddi məqamlar müqabilində ermənilərin dəyirmanına su tökürlər.

Ətraflı süjetdə: