Şəmkirdə qəza: Ər və arvad yaralandı
09:20 03-06-2020 337
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.
Qəza zamanı “VAZ 2106” və “Niva” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1963-cü il təvəllüdlü Hümbətov Rafiq və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Hümbətova Təranə dərhal xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.