Tural Gəncəliyev: “Ermənistan işğalın nəticələrini legitimləşdirə bilmədi”

14:00 03-06-2020 405

“Ötən dövr ərzində Ermənistan işğalın nəticələrini legitimləşdirə bilmədi”.

HerGun.Az-ın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, Ermənistanın əlindəki yeganə çıxış yolu təxribat törətməkdir.

“Ermənistanın təxribat xarakterli hərəkətləri çox olacaq, biz buna hazır olmalıyıq. Konstruktiv şəkildə öz işimizi davam etdirməklə torpaqlarımıza qayıtmaq üçün zəmin hazırlayırıq. Ölkə rəhbərliyi də bu istiqamətdə yorulmadan çalışır. Biz ədalətə, öz haqq işimizə inanırıq.

Tezliklə sonda inamımız müvəffəqiyyətlə öz torpaqlarımıza, Qarabağa qayıtmağımız üçün bizə kömək olacaq. Çünki inanırıqsa ki, haqq bizim tərəfimizdədir, ona nail olacağıq. Hər şeyi ağılla, səbirlə, konstruktiv yolla, dünyada baş verən prosesləri nəzərə almaqla etməliyik”, - deyə T.Gəncəliyev vurğulayıb.