Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb

22:40 03-06-2020 387

Son sutka ərzində Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb. 

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

Məlumatda bildirilir ki, bununla da pandemiya qurbanlarının ümumi sayı 4 609 nəfərə çatıb.

Bu gün Türkiyədə həmçinin 867 yoluxma qeydə alınıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 166 422 nəfərə çatıb.