“Mançester Siti”nin gənc futbolçusu karantin qaydalarını pozdu - VİDEO

00:40 04-06-2020 28

“Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden karantin müddətində sosial məsafə qaydalarını pozub.

20 yaşlı yarımmüdafiəçinin dostlarl ilə Mançester şəhərinin Formbi çimərliyində futbol oynadığı məlum olub.

“The Sun” xəbər verir ki, indi futbolçu karantin qaydalarını pozduğuna görə cərimə ödəməli olacaq.

Qeyd edək ki, futbol üzrə İngiltərə Premyer Liqasında oyunların iyunun 17-də bərpa olunması gözlənilir.