Ev heyvanlarında koronavirusun əlamətləri açıqlandı

05:40 04-06-2020 402

Rusiya Federasiyasının İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) heyvanlarda koronavirusun əlamətlərini sadalayıb.

TASS bunu xidmətin yaydığı sənədə istinadla bildirib.

Virusun pişiklərdə qızdırma, öskürək və burun axması kimi əlamətlər doğurduğu qeyd edilir:

“Ümumdünya Heyvan SəhiyyəTəşkilatının saytında yayımlanan məlumata görə, pişiklər (ev və vəhşi), eləcə də su samurunda əsasən kəskin respirator infeksiyanın klinik əlamətləri özünü göstərir. Heyvanlarda, xüsusilə, yüksək hərarət, öskürək, asqırma və burun axması müşahidə edilir.

Bəzi heyvanlarda qusma və ishalla müşayiət olunan kəskin bağırsaq infeksiyası əlamətləri özünü büruzə verə bilər. İtlərdə isə xəstəlik simptomsuz keçir”.